|
Xalq Şairinin xatirəsi anılacaq

Martın 3-də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə Xalq Şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş “Zəlimxan özü var xatirələrdə” adlı ədəbi-bədii gecə keçiriləcək.

AAB-dən bildirilib ki, tədbirdə şairin poeziyasından nümunələr səsləndiriləcək, incəsənət ustaları şairin əsərlərinə bəstələnmiş mahnıları ifa edəcək, aşıqlar saz havası üstündə şeirlərini oxuyacaqlar.

Cia.az