|
Evini 15 milyona satışa çıxardı
“Yeşilçam” ulduzu Türkan Şoray illərlə yaşadığı villanı satışa çıxarıb. 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi 3 mərtəbəli evi üçün 15 milyon lirə (təxminən 7 milyon manat) pul istəyir. Türkan Şorayın villasını satmasına səbəb isə evində liftin olmamasıdır. Bu isə ayaqlarında problem olan aktrisaya yuxarı çıxıb-düşməkdə çətinlik yaradır.
T.Şoray “Evim çox gözəldir, amma bundan sonra istifadədə asan və modern bir ev istəyirəm” deyib.
 Cia.az