|
Röya: “İstəmirdi onu zəif bilsinlər”
Müğənni Röya İlhamə Quliyeva ilə vida mərasimində jurnalistlərə açıqlama verib. Musavat.com xəbər verir ki, Röya xalq artistinin ölümü ilə bağlı bunları deyib:
“O, 73 il gözəl yaşadı. Allah hamıya elə ölüm qismət etsin. Axşam deyib-gülüb, səhər vəfat edib. Mən illərlə xəstə yatıb ölməkdən qorxuram. İlhamə xanım Şir bürcü idi, onlar tərifi sevir. İnanın mənə, qəlbən səmimi və  pozitiv insan idi. Özünü güclü göstərmək üçün kameralar qarşısında hökmran kimi davranırdı, istəmirdi ki, onu zəif bilsinlər. Mən də İlhamə xanım kimi dövlətimi sevmək istəyirəm. O, sənətkarlığından əlavə bizə öyrətdi ki, xalqı, sənətkarı sevmək lazımdır . Allah rəhmət etsin! Axırıncı dəfə məni təriflədi. Mənim onunla problemim olmayıb, çünki həmişə məsafə saxlayıb, sənətkar kimi qiymətləndirmişəm".
 
  • Röya: “İstəmirdi onu zəif bilsinlər”  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir456/img2017084.jpg' target='_blank'>Yüklə</a>
  • Röya: “İstəmirdi onu zəif bilsinlər”  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir456/img2017085.jpg' target='_blank'>Yüklə</a>
 Cia.az