|
Kürdəmir sakini iki nəfəri güllələdi

Kürdəmir rayon sakini həmyerlilərini güllələyib.

Cia.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 25-də Kürdəmir rayonunda rayon sakini Məhəmmədəli Abdullayev həmyerlisi Natiq Dəmirovun evində olarkən aralarında baş verən münaqişə zamanı M.Abdullayev N.Dəmirova və qardaşı Raqifə ov tüfəngindən açdığı atəşlə xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdiriliblər.

Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Abdullayev tutulmuş, hadisə yerindən müvafiq sənədləri olmayan nömrəsi silinən “Arthems” markalı ov tüfəngi götürülüb.

Cia.az