10 həftə əvvəl dünyaya gələn İsaak Dervent 1 kilo olub. Körpə uşağın həyatını isə sendviç torbası xilas edib.
Uşağın anası Cifer və atası Conatan birlikdə alış-veriş edərkən ana qarnında yüngül ağrı hiss edib. Lakin hamiləliyin 30-cu həftəsində olduğu üçün bu ağrını ciddi qəbul etməyib. Gənc qadının ilk uşağını doğularkən xəstəxanaya yetişə bilmədiyi üçün uşağı evdə dünyaya gətirmişdi. Eyni şeyi yaşamaq istəməyən qadın əri ilə birlikdə tez xəstəxanaya gedib. Lakin o xəstəxanaya çatmadan uşaq yolda dünyaya gəlib. Ata-ana erkən dünyaya gələn uşaqlarını sendviç torbası ilə büküblər. Xəstəxanaya çatdıqları zaman 1 kilo ağırlığındakı körpəni görən həkimlər təəccübləniblər. Cenifer uşağı sendviç torbası ilə bükərək bədən temperaturunun aşağı düşməməsinə şərait yaradıb.
İsaak 5 həftə xəstəxanada qaldıqdan sonra səhhəti yaxşılaşıb. İsaakın ailəsi üçün bu qeyri-adi vəziyyət deyildi. Çünki ilk uşaqları da qəribə şəkildə dünyaya gəlmişdi.
Cia.az
