Xalq artisti İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri məlum olub.
“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artisti trombdan (qan damarının tutulması) ölüb.
Meyitdən götürülən qan nümunələri ilə bağlı aparılan yoxlamaların nəticələri isə 15 gün sonra məlum olacaq.
İ.Quliyevanın nəşi ailəsinə təhvil verilib. Meyit yuyulmaq üçün məscidə aparılır.
* * *16:16
“İlhamə Quliyevanın nəşinin Pataloji Anatomiya Burosuna ekspertizaya gətirilməsinə səbəb onun keçmiş köməkçisi Mehriban Hüseynova tərəfindən zəhərlənməsi ilə bağlı verdiyi açıqlama olub”.
Bunu jurnalistlərə İ.Quliyevanın qohumu, müğənni Əli Mirəliyev deyib.
O bildirib ki, ekspertiza İ.Quliyevanın ürək çatışmazlığından, yaxud zəhərlənmədən öldüyünə aydınlıq gətirəcək.
* * *15:10
Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi sabah saat 12:00-dan 14:00-dək Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək.
Trend-ə verilən məlumata görə, xalq artisti İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Cia.az
