İndoneziyanın Sumatra adasında tikilməkdə olan elektrik stansiyasında baş verən partlayış nəticəsində 7 fəhlə həyatını itirib, 6-sı yaralanıb.
"Sinxua" agentliyinin xəbərinə görə, bunu təbii fəlakətlərin aradan qaldırılması üzrə yerli idarənin təmsilçisi Conson Tiriqan bildirib.
Onun sözlərinə əsasən, partlayış Şimali Sumatra əyalətinin Karp rayonundakı tuneldə baş verib: "Tuneldə iş görülən zaman gözlənilmədən partlayış baş verdi", - o söyləyib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbi məlum deyil.
Cia.az
