Keçən illə müqayisədə Azərbaycana yardımların 4 milyon manata yaxın azaldılması planlaşdırılır.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ prezidentinin 2015-ci maliyyə ili üçün Konqresə göndərdiyi büdcə layihəsində qeyd edilir. Belə ki, gələn il ABŞ-ın Azərbaycana yardımları 13, 44 milyon dollar planlaşdırılır. Bunun 5.76 milyon dolları demokratiya, insan haqlarının müdafiəsi və idarəetmə layihələrinə, 4.28 milyon dolları iqtisadi inkişafla bağlı sahələrə, 3.4 milyon dolları isə sülh və təhlükəsizliklə bağlı layihələrə yönəldilməsi nəzərdə tutulur.
Ən böyük azalma demokratiya və insan haqlarının müdafiəsi sahəsində layihələrin maliyyələşdirilməsinə yönələn məbləğdədir. Keçən il bu sahəyə 7.78 milyon dollar nəzərdə tutulmuşdu. Lakin, adətən il ərzində müxtəlif başqa fondlar vasitəsilə yardımların miqdarı planlaşdırıldığından artıq olur. Məsələn, demokratiya layihələrinə keçən il 7.78 milyon dollar nəzərdə tutulsa da, yardımların ümumi miqdarı 13.82 milyon dollar olub.
