|
Qolu sındı, 9 milyon dollar təzminat istədi
İngiltərənin paytaxtı Londondakı bir barda yıxılan qadının tələb etdiyi təzminat hər kəsi heyrətləndirib. 
Karmen Mazo adlı qadın 2009-cu ildə barın içərisindəki ipə ilişərək yıxılıb. Biləyi qırılan qadın uzun müddət işə gedə bilməyib. Məhkəmə onun bar rəhbərliyindən 160 min sterlinq maddi təzminat alması üçün hökm verib. 43 yaşlı qadın isə bir neçə gün əvvəl barı yenidən məhkəməyə verib. Məlumatlara görə, K.Mazo qolunda olan sınığın karyerasını məhv etdiyini düşünür. 
 
Belə ki, o, qolu qırıldıqdan sonra 3 il işə gedə bilmədiyini deyir: “İşə qayıtdığım zaman hər şeyə yenidən başlamağa məcbur oldum. Əgər qolum qırılmasaydı, bu gün 700 sterlinq maaş ala bilərdim. İndi isə çox az maaşla işləyirəm. Üstəlik, qəza qolumda çox ciddi izlər qoyub. Məni görən hər kəs intihara cəhd etdiyimi düşünür. Bu də məni stresə salır”.
Bar rəhbərliyindən maddi və mənəvi zərərə görə təzminat istəyən qadın 9 milyon dollar alacağını və həyatına yenidən başlayacağını iddia edir.
Cia.az