|
Şəkidə evdən kişi meyiti tapıldı
Şəki sakininin yaşadığı evdən meyiti aşkarlanıb. ANS PRESS-in bölgə müxbirinin yerli hüquq-mühafizə orqanları əməkdaşlarından əldə etdiyi məlumata görə bu, şəhər sakini 56 yaşlı Ələkbər Əkbərov olub.
Mərhumun qardaşı bildirdi ki, qonşuluqda yaşayan qardaşı bir neçə gün gözə dəyməyib. Səbəbini bilmək üçün yaşadığı evə baş çəkərək onu ölmüş vəziyyətdə tapıblar və dərhal bu barədə rayonun hüquq mühafizə orqanlarına xəbər verilib.
Məlum olub ki, mərhum bir neçə gün əvvəl dünyasını dəyişib və evdə tək yaşadığından bu barədə heç kimin məlumatı olmayıb. 
Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları bildirdilər ki, Ələkbər Əkbərovun neçə gün əvvəl hansı şəraitdə dünyasını dəyişməsi və ya qətlə yetirilməsi aparılan araşdırmalardan sonra məlum olacaq.
Ə.Əkbərovun meyiti araşdırılmaq üçün məhkəmə tibbi ekspertizasına təhvil verilib. 
Cia.az