|
Dünyada ilk dəfə qida tullantılarından supermarket açıldı
Dünyada ilk dəfə Kopenhagendə qida tullantılarından ibarət supermarket açılıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat "The İndependent" saytında yer alıb. Məlumata görə, supermarket alıcılara başqa ticarət mərkəzlərinə nisbətən 30-50 faiz ucuz məhsul təklif edir. Supermarketin sahibi bildirib ki, bu yolla Danimarkada qida tullantılarının faizini aşağı salmaq olar.
Qeyd edək ki, bu ölkədə hər il 700 min ton qida atılır.
Cia.az