|
Azərbaycanda kinoteatrlara vaxt verildi -

"Azərbaycanda subtitrsiz film nümayiş etdirən kinoteatrlar 2 min manat məbləğində cərimələnəcək, subtitri olmayan filmlər isə dövlət qeydiyyatına alınmayacaq".

Cia.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Kino şöbəsinin sektor müdiri Yusif Şeyxov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, xarici filmlərin subtitrsiz nümayiş olunması ictimaiyyətdə narahatlıq yaradır: 
"Filmlərin tərcüməsini təmin etmək üçün kinoteatrlarla məsləhətləşmişik. Onlara aprelin 15-dək vaxt vermişik ki, öz distribüterləri ilə danışıq aparsınlar".

Cia.az