|
Daban çatlarına qarşı faydalı RESEPT

Dabanlarınızın ətrafındakı dəri quruduğunda və qalınlaşdığında daha çox çatlamağa meylli olur. Ağırlıq, yanlış ayaqqabılar geyinmək, quruluq və göbələk infeksiyası kimi bir çox səbəbdən də dolayı bu problem yaşana bilər.

Elə hey çatlayan dabanlarınız ağrı verir, həm də pis görünüşə səbəb olursa, Aile.lent.az-ın təqdim etdiyi bu resepti evdə asanlıqla tətbiq edə bilərsiniz.

Ərzaqlar

1 stəkan bal

1-2 yemək qaşığı süd

1 ədəd portağal suyu

Bal dəridəki quruluğa faydalıdır və nəmləndirici təsir edir. Eyni zamanda çatlaqlardakı bakteriyalara qarşı da təsirlidir.

Süd, A vitamini baxımından zəngindir və dərinin yenilənməsini tezləşdirir.

Portağal isə C vitamini baxımından zəngin olub kollagen ifrazını dəstəkləyir. Kollagen, dərinin elastikliyini təmin edir və çatlaqlara qarşı dərini qoruyur.

Balı ilıq süd və portağal suyu ilə qarışdırın. Bunu dabanlarınıza sürtmədən əvvəl ponza daşı ilə təmizləyin. Sonra bu məhluldan incə şəkildə sürtün və masaj edin. 45 dəqiqə sonra ilıq su ilə yuyun.

Cia.az