|
Qırışlara qarşı portağal maskası

Cia.az-ın Aile.lent.az-a istinadən təqdim etdiyi bu portağal maskası ilə 25 yaşdan yuxarı hər bir qadın incə cizgi və qırışlara meydan oxuya bilər.

Ərzaqlar:

1 yumurta sarısı

1 çay qaşığı bal

Yarım portağal suyu

1 paket jelatin

Bunları yaxşı qarışdırın. Təmiz dəriyə sürtüb 20 dəqiqə saxlayın. İlıq su ilə dərinizi yuyun. Faydasını görəcəksiniz.

Cia.az