Avtobus qəzası nətciəsində xəstəxanaya yerləşdirilən yaralalıların sayı 4 nəfərdir.
Bunu 3 saylı şəhər Kliniki Xəstəxanasının növbətçi hissəsindən bildiriblər.
Yaralanan şəxslər bunlardır - Xəlilova Münəvvər, Səmədv Emin, Ağayarov Sadiq və Musayev Rafael.
Xəstəxanadan deyiblər ki, onların hamısının vəziyyəti ağır olduğu üçün saxlanılıblar: "Onlar döş qəfəsindən xəsarətlər alıblar. Digər yaralıların vəziyyəti yüngül olduğu üçün onlar ev şəraitində müalicə üçün buraxılıblar". (“Trend”)
***
11:10
62 saylı xətt marşrutu üzrə hərəkətdə olan 90 HS 692 dövlət nömrə nişanlı marşrut avtobusunun “Nissan” markalı minik avtomobili ilə toqquşması nəticəsində avtobusda olan sərnişinlərdən Asif Yusif oğlu Nəsirov dünyasını dəyişib. APA-nın məlumatına görə, o, keçmiş polis əməkdaşıdır.
Mənbə hadisə şahidlərinin sözlərinə istinadla bildirir ki, qəzaya avtobusun işıqforu qırmızı işıqda keçməsi səbəb olub.
***
10:52
Bu gün baş vermiş avtobus qəzası nəticəsində 13 sərnişin yaralanıb.
Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyini mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Onun sözlərinə görə, sərnişinlərdən biri ölüb.
3 saylı şəhər xəstəxanasının baş həkimi Fikrət Zeynalov isə sayta deyib ki, hazırda yaralılar gətirilir. Hələlik yaralıların sayı dəqiqləşməyib: “Gətirilən sərnişinlərin vəziyyəti orta-ağırdır. Xəstəxanada olanların həyatı təhlükəsi yoxdur”.
Qeyd edək ki, Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində xeyli sərnişinin xəsarət aldığı bildirilir.
***
10:41
APA-nın verdiyi məlumata əsasən, qəzada 1 nəfərin dünyasını dəyişdiyi bildirilir.
***
10:33
Qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.
Bakıda sərnişin avtobusu qəzaya düşüb. APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində xeyli sərnişinin xəsarət aldığı bildirilir.
Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.
Cia.az
