|
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoxlama görüşündə qüvvəsini sınayıb.
Qol.Az-ın məlumatına görə, komandamız "Bayıl Arena"da Macarıstan yığması ilə qarşılaşıb. Bu oyunda millimiz 0:3 hesabı ilə uduzub. Qarşılaşmanı Səbayel Qurbanova, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə və Fəridə Lütfəliyevadan ibarət hakimlər briqadası idarə edib. CBC Sport televiziya kanalında canlı yayımlanacaq oyun saat 18:00-da başlayıb. 23 fevral Yoxlama oyunu 18:00. Azərbaycan (U-17) - Macarıstan (U-17) - 0:3 Qollar: Eşter, 27 (0:1), Ulya, 34 (0:2), Kiss, 57 (0:3) Cia.az
|
