|
Böyük Britaniya Suriyadakı vəziyyətlə bağlı narahatlığını bildirdi

"Son həftələrdə Suriyada kürd silahlıları, Bəşər Əsəd rejimi və Rusiya hava qüvvələri arasındakı əlaqə ilə bağlı narahatedici dəlillər var".

Virtualaz.org saytı Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Filip Hammond krallığın İcmalar Palatasındakı çıxışında vurğulayıb.

Qeyd edək ki, Türkiyə rəsmiləri terrorçu PKK qruplaşmasının Suriyadakı qolları PYD və YPG-nin Bəşər Əsəd və Rusiya ilə birgə fəaliyyət göstərdiyini, hətta onların Rusiya tərəfindən maliyyələşdiyini bildirir. Ancaq Britaniyanın ən yaxın müttəfiqi ABŞ isə PYD və YPG-ni terrorçu saymadığını bəyan edir. Hətta Ağ evin bir neçə il öncə PYD-ni terrorçu təşkilatlar siyahısından da çıxardığı da məlum olub.

Cia.az