Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda turizm şirkətini məhkəməyə verib.
AzNews.az Bakı Apelyasiya Məhkəməsinə istinadən xəbər verir ki, QMİ “Travel and Holiday” MMC-dən şikayətçidir. İdarə müqavilə üzrə ödənilmiş pul vəsaitlərinin geri qaytarılmasını tələb edir.
Şeyxülislam HacıAllahşükür Paşazadənin sədri olduğu idarənin şirkətdən nə qədər pul tələb etdiyi açıqlanmır.
