İtaliya A Seriyasında 26-cı tura yekun vurulub.
Son oyun günündə daha bir qarşılaşma baş tutub.
"Napoli" evdə "Milan"ı qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə 1 dəfə fərqlənən komandalar meydandan 1 xalla ayrılıb - 1:1.
Qeyd edək ki, bu heç-heçədən sonra xalını 57-yə yüksəldən "Napoli" turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyub. "Milan" isə 44 xalla 6-cı pillədə qərarlaşıb.
22 fevral
İtaliya A Seriyası, 26-cı tur
"Napoli" - "Milan" - 1:1
Qollar: İnsayn, 39 (1:0), Bonaventura, 44 (1:1)
Cia.az
