|
Suriyada atəşkəsin başlama tarixi dəqiqləşdi

Suriyada atəşkəs haqqında saziş fevralın 27-də qüvvəyə minəcək.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Qətərin «Əl-Cəzirə» telekanalı verib. Telekanal isə öz növbəsində Rusiya ilə ABŞ arasında razılaşdırılmış sənədi əsas gətirir.

«Rusiya-Amerika sazişində qeyd olunur ki, Suriyada atəşkəs rejimi fevralın 27-si gecə yarısı qüvvəyə minir», - agentlik belə xəbər verir.

Qeyd olunur ki, hərbi fəaliyyət tamamilə dayandırılmayacaq. Atəşkəs haqqında saziş İŞİD və «Əl-Qaidə»nin Suriya filialı olan «Cebhat-ən-Nüsra» terror təşkilatlarına şamil olunmur.

Cia.az