Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yeni loqotipi (nişanı), devizi və tanınma rəngi təsdiq edilib.
Virtualaz.org saytı AzərTAc agentliyinə istinadsən xəbər verir ki, dairəvi formadakı loqotipdə Azərbaycanın dövlət bayrağının rəngləri əks olunub. Dairənin içində iqtisadiyyata dair 3 hissədən ibarət dişli çarxın təsviri və qızılı rəngli qrafik elementlər (bina, qurğu və tikililər) əksini tapıb.
Nazirliyin devizi isə, əvvəlki kimi, ümummilli lider Heydər Əliyevin"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" ifadəsidir.
Cia.az
