Gürcüstanın energetika naziri Kaxa Kaladze fevralın 29-də Azərbaycana səfər edəcək.
Virtualaz.org bildirir ki, bu barədə gürcü KİV-ləri məlumat yayıb.
K.Kaladze bildirib ki, Bakı səfəri zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), həmçinin neft və qaz konsorsiumunun nümayəndələri ilə görüş keçirəcək: "Biz onlarla aktiv çalışırıq və "Şahdəniz" yatağından əlavə həcmdə təbii qaz almaq üçün fəaliyyətimizi davam etdiririk. Biz çox nikbinik və danışıqların müsbət nəticələnəcəyini düşünürük".
Sonra K.Kaladze deyib ki, bir neçə gün öncə Vyanada Rusiyanın "Qazprom" şirkəti ilə aparılan danışıqlarda heç bir razılıq əldə edilməyib.
Virtualaz.org xatırladır ki, K.Kaladze bir neçə gün əvvəl də Bakıda olmuş və müxtəlif qurumlarla danışıqlar aparmışdı.
Cia.az
