Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib və Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Virtualaz.org-n Fonda istinadən məlumatına görə, hərraca çıxarılan vəsaitdən 177,45 mln. dollar məbləğində (təklifin 88,73%-i) vəsait 13 banka satılıb.
Neft Fondu bildirib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Cia.az
