Ermənistan parlamentinin keçmiş spikeri, Təhlükəsizlik Şurasının sabiq baş katibi və hazırda 12 siyasi partiya və 150 ictimai təşkilatın daxil olduğu "Erməni İntibahı" hərəkatının rəhbəri Artur Baqdasaryan Rusiya mətbuatına açıqlama verib.
Modern.az bildirir ki, Rusiyanın "Moskovskiy Komsomolets" qəzetinə müsahibə verən Baqdasaryan Türkiyə ilə Rusiya arasındakı ehitmal olunan müharibə zamanı ölkəsinin Rusiyaya hərbi dəstək verəcəyini deyib: " Əgər Rusiyaya Ermənistanın (Türkiyə ilə ortaq sərhəddimiz var) yardımına ehtiyacı olarsa, biz şübhəsiz ki, müttəfiqimiz Rusiyaya dəstək verəcəyik".
Eks-spiker vurğulayıb ki, "yardım" deyərkən hərbi yardımı da nəzərdə tutur: " Biz hərbi yardım göstərməyə borcluyuq. Təkcə KTMT-nın üzvü kimi deyil. Bizim Rusiya ilə sərhədlərimizin təhlükəsiuzliyini təmin edən ortaq müqaviləmiz də var. Ermənistan ərazisində 102-ci hərbi baza yerləşir. Düşünürəm ki, onun potensialının intensiv şəkildə möhkəmləndirilməsi önəmli elementdir".
Cia.az
