|
«Samsung Galaxy S7» təqdim olundu - GÖSTƏRİCİLƏRİ
«Samsung» şirkəti Barselonada keçirilən «Mobile World Congress 2016» mobil texnologiyalar sərgisində özünün yni flaqman telefonlarını - «Galaxy S7» və  «S7 Edge»ni təqdim edib. Fins.az-ın məlumatına görə,  bu telefonlar öz dizaynına görə, əvvəlki flaqman - «Galaxy S6»nın xəttini davmm etdirirlər. Belə ki, «Galaxy S7» smartfonu 5,1 düymdük QHD-displeyi saxlayıb, «S7 Edge» isə artıq 5,5 döymlük ekrana malikdir.
Yeni smartfonlar «Android Marshmallow 6.0» proqrammı ilə işləyəcək. Qurğuların operativ yaddaşı 4 Qb, qurulmuş yaddaşı isə 32 Qb-dır. Qurulmuş yaddaşı microSD kartı ilə artırmaq imkanı da var.  Regiondan asılı olaraq smartfonlar ya «Snapdragon 820» ya da «Exynos» prosessoru alacaqlar. Akkumulyatorun imkanları da əvvəlki buraxılışa nisbətən artıb –«S7»də bu 3000 mAç, «S7 Edge»də isə 3600 mAç təşkil edir.
Maraqlıdır ki, «S7» və «S7 Edge»də kameranın meqapikselləri «S6»ya nisbətən azalaraq 16 meqapikseldən 12 meqapikselə düşüb. Amma kameranın sensoru təkmilləşdirildiyinə görə, qurğu daha çox işıq əhatə edə biləcək.
Yeni smartfonlar «Always-On Display» funksiyası ilə təmin edilib. Nəticədə telefonların displeyləri hətta bloklandığı vaxtda da aktiv olacaqlar. Yəni ekranda məlumatlar, buraxılan zənglər və vaxt görünəcək. Bundan başqa, aparatlar IP68 sukeçirməzlik standartına uyğundur. Bunun sayəsində telefonu suyun metryarım dərinliyində yarım saat saxlamaq olar.
Telefonlar 3 rəngdə buraxılacaq – qızılı, qara və gümüşü rənglərdə. «Galaxy S7»nin Rusiyada rəsmi qiyməti 49,9 min rubl (650 dollar), «Galaxy S7 Edge»nin qiyməti isə 59,9 min rubl (780 dollar) təşkil edəcək.
Cia.az