İngiltərədə 1975-ci ildə eyni gündə evlənən Lynda və Ann adlı əkizlərin ərləri eyni gündə də torpağa veriləcək.
Lyndanın həyat yoldaşı Ronald Rossa ötən il xərçəng diaqnozu qoyulub. Uzun müddət müalicə edilən kişi 64 yaşında həyatını itirib. Lyndanın ölüm xəbərindən sonra Annın həyat yoldaşı Derrik Tomlinsonun halı pisləşib. Böyrəyində problem yaranan 61 yaşlı kişi daha sonra infarkt keçirib. Ərlərini eyni gündə torpağa verən əkizlər “bu gün həyatımızın ən pis günüdür” deyiblər.
Cia.az
