|
30 il həbsdə yatdı, çıxan kimi anasını öldürdü
Amerikada 15 yaşlı qonşusunu öldürdüyü üçün həbs edilən və 30 il yatdıqdan sonra azadlığa çıxan Steven Pratt adlı kişi həbsdən çıxdıqdan iki gün sonra öz anasını qətlə yetirib. 
30 il əvvəl Atlantik City şəhərində evlərinin qarşısında oynayarkən Pratt səs-küy elədiyi üçün ona deyinən qonşusunu öldürmüşdü. Prattın anası Gvendol Pratt isə oğlunu polis şöbəsinə apararaq törətdiyi cinayəti etiraf edib. Aradan keçən 30 il boyunca anasına olan əsəbi keçməyən Pratt, anasının təşkil etdiyi şənlikdən sonra onu öldürüb və törətdiyi cinayəti etiraf edib. Məhkəmədə hər şeyi məhv etdiyini və özünü pis hiss etdiyini deyən Pratt yenidən 25 il həbsdə yatacaq.
Cia.az