Florida ştatının sabiq qubernatoru Ceb Buş ABŞ prezidenti postu uğrunda mübarizəni dayandırdığını bəyan edib.
Cia.az “Assoşieyted Press”ə istinadən bildirir ki, bunu o, Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.
“Bu gündən etibarən mən seçki kampaniyamı dayandırıram”, - deyə Buş bildirib. Qeyd edək ki, Ceb Buş ilkin seçkilərdə (praymerizdə) 10 faizlik həddi adlaya bilməyib.
Bundan əvvəl isə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, milyarder Donald Trampın respublikaçılar arasında keçirilən ilkin seçkilərdə qələbə qazandığı bildirilib.
Cia.az
