|
Arda Turan niyə əvəzləndi?

"Barselona "nın futbolçusu Arda Turanın La Liqanın 25-ci turunda  "Las Palmas" qarşı matçın ikinci hissəsində əvəzlənməsinin səbəbi müəyyənləşib.

Bu barədə Kataloniya klubunun baş məşqçisi oyundan sonra keçdiyi mətbuat konfransında bildirib. O deyib ki, türk yarımmüdafiəçi birinci hissədə sarı vərəqə ilə cəzalandığı üçün Ardanı əvəzləyib:

Onun ikinci hissədə növbəti sarı vərəqə almağından ehtiyat etdiyim üçün  Ardanı əvəzlədim.

Qeyd edək ki,  "Las Palmas " -  "Barselona " qarşılaşması qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 Cia.az