İtaliya çempionatında "Boloniya" ilə oynayacağı matç üçün səfərə gedən "Juventus" futbol klubunun avtobusuna kustar üsulla hazırlanmış bomba ilə hücum edilib.
Avropa.info xəbər verir ki, hücum Boloniya şəhərində baş tutub.
Hücumu "Boloniya" azarkeşlərinin təşkil etdiyi bildirilir. Avtobusa atılan bombanın partlaması nəticəsində "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri yaralanıb.
Həmçinin avtobusa da ciddi ziyan dəydiyi qeyd edilir.
Cia.az
