|
Yer kürəsi sakinlərinin yarısı eynək taxacaq
Avstraliya və Sinqapur alimlərinin fikrinə görə, 2050-ci ilə qədər Yer kürəsində yaşayan insanların yarısı miopiyadan (yaxınıgörmə) əziyyət çəkəcək. 
ScienceAlert xəbər verir ki, alimlər 2 milyondan artıq iştirakçısı olan 145 araşdırmanın nəticələrini analiz ediblər.
2000-ci ildə dünya əhalisinin 22,9%-i müxtəlif dərəcəli miopiyadan əziyyət çəkib. Getdikcə bu rəqəmlərin artması müşahidə olunur. Alimlər hesablayıb ki, bu tendensiya saxlandıqda 2050-ci ildə dünya əhalisinin 50% miopiyadan əziyyət çəkəcək. Onlardan 10%-dən çoxunda ağır miopiya aşkar olunacaq.
Cia.az