|
Qonşusuna atəş açdı, oğlu öldü
Almaniyada hər kəsi heyrətləndirən təsadüflərlə dolu hadisə baş verib. Ölkənin Vesterheim qəsəbəsində yaşayan 42 yaşlı Norbert özünə aid olan maşının təkərlərini götürmək üçün həm qonşusu, həm də qohumu Johan və oğlu Hans Vernerin yaşadığı evin qarajına girib. 
88 yaşlı Johan qarajdan gələn səsləri eşitdiyi zaman evinə oğru girdiyini düşünüb. Silahını götürərək qaraja düşüb və atəş açmağa başlayıb. Yaşlı kişinin silahından çıxan güllələr həmin vaxt qarajda olan qonşusuna isabət edib. Lakin güllələrdən biri telefona, digəri isə cibindəki açara dəydiyi üçün Norbert yüngül xəsarət alıb. Johanın kiçik oğlu Hans Varner güllə səslərini eşitdiyi üçün qaraja düşüb, lakin o qonşusu qədər şanslı deyilmiş. Böyük oğlunu da oğruya bənzədən kişi indi də ona atəş açıb. Bir neçə yerindən güllə yarası alan Hans Varner hadisə yerində həyatını itirib. Johan həbs edilib və evindən çoxlu sayda silah tapılıb.
Cia.az