Serbiya “Eurovision-2015” mahnı müsabiqəsində təmsil olunacaq.
“Qafqazinfo” xəbər verir ki, mahnı müsabiqəsinin saytına istinadla xəbər verir ki, Serbiya ifaçısı üçün mahnını ölkəni bu yarışmada 2007-ci ildə yazdığı “Molitva” mahnısı ilə qalib etmiş Vladimir Qraiç bəstələyəcək. Bəstəkarın sözlərinə görə, o, üç müxtəlif ifaçı üçün ayrılıqda mahnılar yazacaq.
Xatırladaq ki, Serbiya “Eurovision” mahnı müsabiqəsində sonuncu dəfə 2013-cü ildə təmsil olunub.
Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq.
