|
Dünyanın ən romantik əri...
Yaponiyanın Miyazaki prefekturasında, Şintomi şəhərində yaşayan bir evi indi milyonlarla insan tanıyır. Hər il bahar fəslində evin ətrafı sanki çiçəkli çəmənə sevrilir. Hər tərəf yaponların “şibazakura” adlandırdıqları çiçəklərdir.
Bu evə hər gün orta hesabla 7 min turist baş çəkir. Səbəb dünyada nadir rastlanan sevgi hekayətidir. Toşiyuki və Yasuko Kurokilər 60 il əvvəl, 1956-cı ildə evləniblər. Onlar ailə həyatı quran ilk gündən etibarən fermerlik ediblər. Hər gün sübh çağından şər qarışanadək işləyiblər və onların həyətlərinin sahəsi vur-tut 3,3 kvadrat metrdir.
“Gözləri kor olandan sonra arvadım sanki həyatından bezdi. Səyahət arzumuz da puç oldu. Bu kor gözlərimlə nə görəcəyəm?” - Yasuki belə deyir, ağlayırdı. Şən, daim gülümsəyən xanımımı bu cür görmək ürəyimi parçalayırdı. Çarə axtarmağa başladım. Düşündüm ki, evimizə hər gün kimsə gələrsə, danışarsa, xanımımla söhbətləşərsə, eyni açılar. Və buna görə də evin ətrafını çəmənlik, güllük etdim" - 83 yaşlı Toşiyuki Kuroki söyləyir.
 
O, iki ilini evin ətrafındakı ağacları kəsməyə və kökündən çıxarmağa sərf edir. Daha sonra 10 il ərzində güllük salınır. İndi Toşiyuki və Yosukinin yaşadıqları evi Yaponiyada “Dünyanın ən romantik ərinin evi” kimi tanınır
Cia.az