|
Film üçün hazırlanan maşın 2,4 milyon sterlinqə satıldı
Ceyms Bond filmlərindən biri olan “Spevtr” üçün xüsusi olaraq istehsal edilən Aston Martin markalı maşın hərraca çıxarıldığı gün 2,4 milyon sterlinqə satılıb. 
BBC-nin xəbərinə görə, film üçün hazırlanan “Aston Martin DB10" modelli maşın İngiltərənin paytaxtı Londonda çıxarıldığı hərracda satılıb. Bondu canlandıran ingilis aktyor Daniel Craigin filmdə geydiyi bir kostyum da 98 min 500 sterlinqə satılıb. Hərracdan əldə edilən gəlir "Sərhədsiz Həkimlər" Dərnəyinə bağışlanacaq.
Cia.az