"Barselona" yay üçün xarakterik olan turne prosesindən imtina etmək fikrindədir.
Goal.az xəbər verir ki, klub idman maraqlarını nəzərə alıb bu qərara gəlib. Turnelər maliyyə cəhətdən cəlbedici olsa da, vaxt itkisi və yorğunluq özünü göstərir. "Barsa"nın bossları belə hesab edir ki, həmin vaxtı məşqlərə sərf etmək daha məqsədəuyğundur.
Klubun bu yay ABŞ və Asiya turnesi nəzərdə tutulmuşdu. Bununla yanaşı, katalonların Avropada hər hansı yoldaşlıq oyununa, məsələn, "Vest Hem Yunayted"lə matça razılaşması mümkündür. Komanda ötən yay "Beynəlxalq Çempionlar kuboku" turnirində iştirak etmişdi.
Cia.az
