|
Dünya birjaları həftəni geriləmə ilə başa vurur
Dünya səhm bazarlarında həftənin sonuncu ticarət günündə indekslərin aşağı düşməsi müşahidə olunub. 
Federal Ehtiyat Sisteminin uçot dərəcəsini vaxtından qabaq artıracağı ilə bağlı dolanan söz-söhbətlərə baxmayaraq, qısa müddətli ABŞ istiqrazlarının gəlirliliyi artıb.  Həftə yaxşı başlasa da, cümə günü xam neft yenidən ucuzlaşıb. 
 
Brent markalı neftin qiyməti 3.7 faiz ucuzlaşaraq, bir bareli 33.01 dollardan satılıb. ABŞ xam nefti də eynilə 3.7 faiz ucuzlaşaraq 29.64 dollar olub. Hazırda qlobal neft bazarı günə 1.8 milyon barel neftlə təchiz olunur. 
 
Neft hasilatının ötən ayki səviyyədə saxlanılması ilə bağlı razılaşma qüvvəyə minəcəyi təqdirdə bu rəqəm yarıya qədər azala bilər və nəticədə neftin bir qədər bahalaşmasına təsir göstərə bilər. Cümə günü qara qızılın ucuzlaşması dərhal ABŞ səhm bazarlarına o cümlədən Standar and Puersin enerji indeksinə mənfi təsir göstərib. Sözügedən indeks 0.35 faiz geriləyib. “Dow Jones” sənaye indeksi isə  0.13 faiz enərək,  16,391.58 vahid təşkil edib. Nasdaq Kompozit indeksi isə 0.38 faiz geriləyərək, 4,504,43 vahid olub.
Cia.az