|
Kürd yaraqlıları dəstəsi Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü

PKK terror təşkilatı ilə əlaqəli kürd yaraqlıları dəstəsi Ankarada 28 nəfərin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Virtualaz.org «Reuters» agentliyinə istinadən xəbər verir ki, özünü «Kürdüstanın azadlıq şahinləri» adlandıran yaraqlılar dəstəsi törədilmiş terror aktının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürdlərə qarşı siyasətinə cavab olduğunu bildirib. Yaraqlılar qeyd ediblər ki, hücumlarını davam etdirmək niyyətindədirlər.

Cia.az