|
Əliyevlə Lukaşenkonun telefon görüşü -

Prezident İlham Əliyevlə Belarus dövlət başçısı Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Əsas müzakirə mövzusu ticari-iqtisadi sahədə əməkdaşlıqla bağlı olub. Hər iki lider qarşılıqlı ticari əlaqələri aktivləşdirməyə hazır olduqlarını ifadə ediblər.

Söhbət əsnasında, həmçinin Azərbaycanda birgə müəssisələrin açılması və gələcəkdə ortaq məhsulla üçüncü ölkə bazarlarına çıxmaq məsələsi də müzakirə edilib.

Cia.az