|
Rusiya Həştərxanda raket sınağına başlayır
Rusiya İsgəndər-M raketlərinin döyüş buraxılışını aprel ayında həyata keçirəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin general-mayoru İqor Seritski söyləyib. Onun sözlərinə görə, təlimlər Həştərxan vilayətində baş tutacaq.
Qeyd edək ki, İsgəndər-M raketləri Rusiya ordusunda silahlanmaya 2006-cı ildə qəbul edilib. Bu raket 450 kilometr məsafədəki bütün hədəfləri məhv etmək qabiliyyətinə sahibdir. İsgəndər-M raketləri həmçinin nüvə başlıqları da daşıya bilirlər. 
Cia.az