İraqın Bəsrə şəhərinin yaxınlığında fəaliyyət göstərən Amerika Birləşmiş Ştatlarına (ABŞ) aid şirkətdən radioaktiv maddə oğurlanıb.
ANS PRESS-in “NTV” kanalına istinadən verdiyi məlumata görə, təhlükəli maddənin İŞİD terror qruplaşması tərəfindən oğurlanması ehtimalı bütün dünyada təşvişə səbəb olub.
İraqlı rəsmilər radioaktiv maddənin noyabrda oğurlandığını bildirib. “SGS” adlı şirkətin İstanbul şöbəsinə aid olan maddədən boru kəmərlərini test etmək üçün istifadə olunduğu bildirilir.
Radioaktiv maddənin təxminən notbuk ölçülü qutuda saxlanıldığı bildirilr. İraq rəsmiləri isə bu maddədən böyük təsir gücünə malik bomba hazırlana biləcəyini qeyd edib.
Faktla bağlı araşdırmalar davam edir.
Cia.az
