|
Topaz Premyer Liqada 22-ci tura start verilir

Bu gün Topaz Premyer Liqada 22-ci turun oyunlarına start veriləcək.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Mövsümün ikinci yarısına heç də yaxşı başlamayan "İnter" evdə "Kəpəz"i qəbul edəcək. Ötən turda Gəncədə "Qarabağ"a uduzan "Kəpəz"in Bakıdan hansı nəticə ilə ayrılacağı maraqla gözlənilir.

Qeyd edək ki, 22-ci turun qalan oyunları sabah və bazar günü keçiriləcək.

Cia.az