|
"Qalatasaray"dan heç-heçə, "Krasnodar" uduzdu

Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Qol.Az-ın məlumatına görə, bu gün daha 15 oyun keçirilib.

"Qarabağ"ın qrup mərhələsindəki rəqiblərindən "Anderlext" evdə "Olimpiakos"u 1:0 hesabı ilə məğlub edib. "Tottenhem" isə İtaliyada "Fiorentina" ilə 1:1 bərabərə qalıb.

"Qəbələ"nin qrup mərhələsindəki rəqiblərindən "Borussiya" (Dortmund) evdə "Portu"nu qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb. "Krasnodar" isə səfərdə Çexiyada "Sparta" (Praqa) klubunun qonağı olub və 0:1 hesabı ilə uduzub.

Türkiyənin digər təmsilçisi "Qalatasaray" İstanbulda İtaliyanın "Latsio" klubu ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1. 

Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə keçirilən "Fənərbaxça" - "Lokomotiv" (Moskva) matçı 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Cia.az