|
Türkiyədə daha bir terror:

Türkiyədə daha bir terror aktı törədilib.

Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terror aktı Diyarbəkirin Lice qəsəbəsində baş verib.

Yolda quraşdırılan partlayıcı qurğu hərbi maşının oradan keçdiyi vaxt işə düşüb.

Hadisə nəticəsində xeyli sayda insanın öldüyü və yaralandığı bildirilir.

Əraziyə təcili yardım maşınları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Cia.az