Diş və ağız sağlamlığı üçün qarqaranın önəmli olduğundan xəbərdarsız. Bəs lazım olan qarqaranı evdə özünüz hazırlamağa nə deyirsiniz? Bunun sayəsində satışda olan ağız qarqaralarının tərkibindəki kimyəvi məhsullardan orqanizminizi qorumuş da olarsınız. Aile.lent.az evdə qarqara hazırlamağın qaydasını təqdim edir.
Lazım olan ərzaqlar:
1 stəkan su
1 çay qaşığı qərənfil
1 çay qaşığı darçın
4 damcı nanə yağı
Süzmək üçün tülbənd
Hazırlanması:
Suyu balaca bir qazana boşaldın. İçinə qərənfil və darçını əlavə edin. Qarışım qaynadıqdan sonra ocaqdan götürün və 10 dəqiqə üzəri qapalı bir şəkildə saxlayın.
Qarışımı tülbənddən süzün və balaca bir şüşəyə doldurun.
İçinə 4 damcı nanə yağı əlavə edin.
5-7 gün soyuducuda saxladıqdan sonra istifadə edə bilərsiniz.
Cia.az
