|
Türkiyənin xarici işlər naziri Bakıya gəldi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıdadır.

APA-nın məlumatına görə, o, Azərbaycanda rəsmi şəxslərlə, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

Xatırladaq ki, sabah Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur.

Cia.az