|
​Azərbaycan Çexiyadan 1000 baş inək alıb
Azərbaycan bu yaxınlarda Çexiyadan min baş inək alıb.
Bu barədə Çexiya Heyvandarlar İttifaqının sədri Miroslav Vrablik məlumat verib.
O, bu il satış və qiymətlərin artacağını bildirib.
"Əcnəbi alıcılar Çexiyadan təkcə ət deyil, həm də sonradan yetişdirmək üçün diri mal-qara da alırlar. Heyvanları adətən Balkan ölkələrinə aparırdılar, lakin bu yaxınlarda min baş inəyi Azərbaycan alıb", - deyə Miroslav Vrablik qeyd edib.
Cia.az