|
Təyyarə eniş etməyə məcbur oldu
Amerikanın Virciniya ştatındakı Dalles aeroportuna "Alaska Airlines" aviaşirkətinin təyyarəsi qəza enişi edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat TASS agentliyində yer alıb. Məlumata görə, eniş uğurla başa çatıb. Sərnişinlərdən xəsarət alan olmayıb. Altı ekipaj üzvü isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
 
Aviaşirkətin nümayəndəsi Koul Kosqrouv bildirib ki, güclü tüstülənmə enişə səbəb olub. Hazırda tüstülənmənin nədən baş verdiyi araşdırılır.
Cia.az