66 yaşlı çinli pensiyaçı sağ ikən öz dəfnini təşkil edib. Bununlada o, bilmək istəyib ki, onun dəfnində nə qədər insan iştirak edəcək.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "The South China Morning post" yayıb.
Məlumata görə, bu qeyri-adi mərasim Şandun əyalətinin Jiçjao şəhərində təşkil olunub. Zhanq Deyanq öz dəfninə 50 nəfər yaxın adamlarını çağırıb. Amma mərasimə cəmi 20 nəfər qohum gəlib. Buna baxmayaraq saxta mərasimə yaxın kəndlərdən yüzlərlə adam qatılıb.
Pensiyaçıya mərasim 16 min yuana (2500 dollara) başa gəlib. O, Çində ölənlərə geydirilən milli geyimdə olub.
Cia.az
