BMT-nin yardım TIR-ları Suriyada rejim güclərinin və müxaliflərin əhatəsi altında olan dörd bölgəyə ərzaq yardımı göndərib.
Musavat.com xəbər verir ki, yardım ərzaqları daşıyan TIR-lar paytaxt Dəməşq yaxınlığında olan Muadhamiyə, Madaya, Foah və Kefraya bölgələrinə çatıb. Məlumata görə, digər yardıma möhtac bir bölgəyə isə yardımların yaxın bir zamanda çatması gözlənilir.
Yük maşınlarında 90 min insana bir ay boyunca çatacaq ərzaqın olduğu bildirilir.
BMT qarşıdurmaların yaşandığı bölgələrdə təxminən yarım milyon insanın yaşadığını bildirir.
Cia.az
